Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad olunması ilə bağlı dəyişiklik baş verib. Məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Zaur Cəbrayılov vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə novruz Quliyev təyin olunub. Qeyd edək ki, Zaur Cəbrayılov 2021-ci ildən Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi kimi fəaliyyət göstərirdi.