Ağdam rayonu Əhmədağalı kəndində baş verən bədbəxt hadisə nəticəsində 68 yaşlı bir qadının sol əl barmağı itdi. Kənd sakini olan Məmmədova Yasəmən Əşrəf qızı tövlədə heyvanını bağlayarkən əlinin dolaşması səbəbindən barmağını itirdiyini bildirib. Yaranan zədədən sonra qadın Bərdə Diaqnostika Mərkəzinə yetirilib. Hadisənin səbəbləri ilə bağlı hüquq-mühafizə orqanları araşdırmanı davam etdirir.