“Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında yaranan vergi borcu məlum olub. NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 68,7 min manatdır. Qeyd edək ki, paytaxt ərazisində bir sıra marşrut xətlərinə sahib olan MMC-nin əvvəlki dövrlərdə də külli məbləğlər üzrə vergi borcu olduğu bildirilib.

Şirkətə rəhbərlik edən Seyidov Faiq Sadıq oğlu eyni zamanda “Xaliq Faiqoğlu” MMC-nin tabe olduğu “Safa Holdinq”in də sahibidir. Həmçinin “Safa Holdinq”in tərkibinə daxil olan digər müəssisələr arasında “Safa Plaza”, “Safa Beauty and Spa”, “Safa Restoran”, “Safastore” və “Safa İnşaat” kimi qurumlar da yer alır.