TRT Haber-in məlumatına görə, Türk Dövlətləri Təşkilatı 13-cü Zirvə Dövlət Başçıları Şurası Toplantısı Beştepe Millət Sərgi Salonunda keçirilib.
Toplantıda Türkiyə, TDT-nin dönəm sədrliyini Azərbaycandan rəsmi şəkildə qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana dönəm sədrliyi müddətində göstərdiyi səylərə görə təşəkkür edib.
Ərdoğan bildirib ki, Türkiyənin dönəm sədrliyi dövründə təşkilatın indiyədək formalaşdırdığı institusional təcrübəni daha konkret nəticələrə çevirmək məqsədi güdüləcək. O, ortaq dilin yayılması, idman başda olmaqla mədəni tədbirlərin dəstəklənməsi və ölkələr arasında səfərlərin asanlaşdırılması kimi sahələrdə bağların möhkəmləndirilməsini hədəflədiklərini vurğulayıb.
Prezident həmçinin dönəm sədrliyi müddətində süni intellekt və rəqəmsal inkişaf üçün fəaliyyət planını nəticə yönümlü və təkrarlılıqdan uzaq bir yanaşma ilə irəli aparacaqlarını qeyd edib.