Yanacaqdoldurma məntəqələrində (YDM) satılan yanacağın keyfiyyəti və həcmindəki qəsdən edilən fərqliliklər istehlakçıların hüquqlarını ciddi şəkildə pozur. Bu fikirlər iqtisadçı Elçin Rəşidov tərəfindən açıqlanıb. O deyib ki, müxtəlif keyfiyyətli yanacaqların satışına, həcmə nəzarətin dəqiq aparılmamasına, qatqıların müxtəlifliyinə və yanacağa havanın qatışdırılmasına dair hallar bazarda asimmetrik informasiya vəziyyəti yaradır və ümumiyyətlə iqtisadiyyat üçün zərərli təsir göstərir.