Ukrayna Silahlı Qüvvələri yeni əməliyyat çərçivəsində Rusiya ərazisinə daxil olub. Həmin addım zamanı Xüsusi Əməliyyat Qüvvələrinin 73-cü Dəniz Mərkəzinin döyüşçüləri minalanmış sahələri keçərək düşmənə aid şəxsi heyət və texnika itkilərinə səbəb olub. Bildirilir ki, əməliyyat bir neçə gün davam edib və nəticədə düşmən bölmələrinin hərəkət marşrutları ilə birgə şəxsi heyət siyahıları və digər mühüm materiallar ələ keçirilib.