Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, Türkiyədə istifadə müddəti bitmiş xərçəng dərmanlarının qablaşdırmasının dəyişdirilərək ölkə içində və xaricdə yenidən satışa çıxarılmasına yönələn qanunsuz fəaliyyət üzrə genişmiqyaslı əməliyyat keçirilib. İstanbul mərkəzli olmaqla 11 vilayətdə təşkil olunan əməliyyatlarda 24 şübhəliyə qarşı hüquqi-təsərrüfi davamlı tədbirlər görüldü. Rəsmi məlumatlara görə, əməliyyatların ümumi həcmi 650 milyon türk lirəsinə çatıb. Nəticədə 22 nəfər saxlanılıb.