Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Başsağlıq mesajında bildirilib ki, Hakkari bölgəsində yerləşən 7-ci Sərhəd Briqadası Komandanlığından olan bir hərbi qulluqçunun sərhədpozma hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində həlak olması xəbəri dərin kədərlə qarşılanıb. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət dilənib, yaxınlarının dərdlərinə şərik olmaq, ailəsinə dərin hüznlə başsağlığı veriləcəyi qeyd olunub.
Bakı Vaxtı ilə yayılan mesajda “Allah rəhmət eləsin” sözləri ilə davam etdirilib.