2026–2027-ci tədris ili üzrə məktəblərdə şagirdlərin elektron yerdəyişməsi avqustun 20-si saat 15:00-dən etibarən başlanacaq.
Yerdəyişmə əməliyyatı 2–9-cu və 11-ci sinif şagirdlərinə şamil edilir. Prosedur sy.edu.az portalı üzərindən həyata keçiriləcək.
İnternetə çıxışı olmayan vətəndaşlar proseslə bağlı aidiyyəti qurumların çağrı mərkəzlərinə müraciət edə bilərlər. Həmçinin müraciətlər Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə və ASAN xidmət mərkəzlərinə yönləndirilə bilər.
Eyni zamanda, yerli təhsil idarəetmə bölmələrinin də çağrı mərkəzləri vasitəsilə kömək almaq mümkündür.