Qafqaz News Nocomment.az-a istinadən xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir təyin olunub. Bu barədə nazir Anar Əliyev əmr imzalayıb. Əmrə əsasən sözügedən vəzifəyə Rəşid Şamil oğlu Vəzirov təyin olunub.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunu, tibb üzrə fəlsəfə doktorudur. O, Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) və Yaponiyanın Fukuoka şəhərində təhsil və ixtisasartırma proqramlarında iştirak edib. Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif vəzifələrdə işləyib və 2018-ci ildən Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərib. Uzun illər səhiyyə idarəçiliyi, beynəlxalq layihələrin əlaqələndirilməsi və irimiqyaslı tədbirlərin tibbi təminatının təşkili sahələrində çalışıb.