QafqazNews TASS-a istinadən xəbər verir ki, ABŞ vitse-prezidenti Cey Di Vens Qətərin baş naziri və xarici işlər naziri şeyx Məhəmməd b. Əbdül Rəhman əl-Tani ilə görüşərək ABŞ ilə İran arasında dialoqun bərpasına yönəlmiş səyləri müzakirə edib.
Axios portalının və İsrailin 12-ci telekanalının müxbiri Barak Ravidin mənbələrə istinadən verdiyi məlumata görə, görüş Ağ Evdə keçirilib.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio da Qətər baş naziri ilə görüşüb. Dövlət Departamentinin mətbuat xidməti bildirirdi ki, tərəflər iqtisadiyyat və təhlükəsizlik sahələrində iki tərəfli məsələlərə dair ABŞ və Qətər arasında səkkizinci strateji dialoqu başlayıblar.
ABŞ prezidenti Donald Tramp 22 noyabrda Fox News telekanalına verdiyi müsahibədə Vaşinqton və Tehran arasında münaqişənin dayandırılması ilə bağlı dolayı məsləhətləşmələrin davam etdiyini demişdi. ABŞ prezidenti həmçinin razılaşma əldə olunmasa, yeni ilin ardından İran əleyhinə hücumların bərpasına meylli olduğunu bildirib.