QafqazNews Habertürk-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Yəməndəki legitim hökuməti dəstəkləyən Arap Koalisyonu İran dəstəkli Husilərin ölkənin cənubuna yönəltdiyi insansız hava vasitəsilə (PUA) hücumun qarşısının alındığını açıqlayıb.

Koalisyonun sözçüsü Tuğgeneral Turki el-Maliki sosial media hesabında verdiyi məlumata görə, Husilər Cənubi Səudiyyəyə PUA ilə hücum təşkil edib; sözügedən PUA zərərsizləşdirilərək məhv edilib.

Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi bir qədər öncə ölkənin cənubunda yerləşən Cazan və Əbha şəhərləri üçün erkən xəbərdarlıq sisteminin təhlükə siqnalı verdiyini bildirmişdi.