QafqazNews Interfax-a istinadən xəbər verir ki, Voenno-Qruziya yolu ilə Şimali Osetiyadan Gürcüstana keçid gözləyən yük maşınlarının sayı təxminən 1,2 minə düşüb, bunu Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo çərşənbə axşamı bildirib.

Menyaylo özünün "Mах" kanalında yazıb ki, elektron növbədə 661 iri yük avtomobili, əlavə olaraq 518 avtomobil dayanacaqlardadır.

Bazar ertəsi Gürcüstana keçid üçün gözləyən yük maşınlarının sayı 1,6 mindən çox idi.

Voenno-Qruziya yolu Rusiya ilə Gürcüstan və Ermənistanı birləşdirən yeganə quru marşrutudur. Transkavkaz magistralı isə Cənubi Osetiyanı Rusiyaya birləşdirən tək yoldur.