QafqazNews Regnum-a istinadən xəbər verir ki, Ormuz boğazında üç neft tankeri dəniz minlərinə düşərək partlayıb və yanıb.

İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinə istinadən yayılan məlumatda son saatlarda qaydaları pozan üç gəminin Ormuz boğazı sularında dəniz minlərinə dəyərək partladığı və yandığı qeyd olunur.

Korpus bildirib ki, gəmilərin partlayışı Amerika ordusunun hava dəstəyi və müşayiəti olmasına baxmayaraq baş verib.

Bildirilib ki, 28 fevralda ABŞ və İsrailin İrana hücumundan sonra İslam Respublikası İsrailə və regiondakı ABŞ bazalarına raket zərbələri endirib və daha sonra Ormuz boğazını düşmən olmayan dövlətlər üçün bağlayıb. Yaxın Şərqdə gərginliyin yenidən artması isə bu ilin iyulunda ABŞ-ın İran əleyhinə hərbi əməliyyatları bərpa etməsi ilə başlayıb.

Xəbərdə həmçinin 15 noyabrda iki tankerinin Ormuz boğazından keçməyə çalışarkən dəniz minlərinə dəyərək partladığı və yandığı, oxşar insidentlərin 8 noyabrda da baş verdiyi vurğulanır. İnqilab Keşikçiləri Korpusu bildirib ki, partlayışa məruz qalmış tankerlər naviqasiya sistemlərini söndürməklə qaydaları pozmuşdular.