QafqazNews TRT Haber-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu Hürmüz Boğazı yaxınlığında üç neft tankerinin partladığını və güclü yanğınların baş verdiyini açıqlayıb.
Açıqlamada bildirilib ki, həmin tankerlər idarə olunmayan və Tehran tərəfindən müəyyən edilən marşrutu pozan gəmilər olub və dəniz mayınlarına dəymək nəticəsində partlamalar baş verib.
Partlayışların birinin boğazın cənub sahilində, digər iki partlayışın isə Hürmüz Boğazınin şərqində olduğu qeyd edilib.
Bəyannamədə həmçinin həmin gəmilərin ABŞ ordusunun genişmiqyaslı hava qoruması və müşayiəti altında olduğu iddia olunub və "ABŞ ordusunun hava müşayiəti bu hadisələrin baş verməsini əngəlləyə bilmədi" ifadəsi yer alıb.
Xatırladılıb ki, İran ABŞ-ın 8 iyul tarixli hücumlarına yenidən başlaması üzərinə 12 iyulda Hürmüz Boğazını yenidən bağladığını açıqlamışdı. Tehran məhz müəyyən etdiyi marşrutdan kənara çıxan və "icazəsiz keçən" gəmiləri hədəf alacağı ilə hədələmişdi.