QafqazNews Lenta.ru-a istinadən xəbər verir ki, Özbəkistan Futbol Assosiasiyası Rusiyanın millisi ilə cavab yoldaşlıq oyununu Rusiya ərazisində keçirməyi planlaşdırır.
Assosiasiyanın milli komandalar şöbəsinin rəhbəri Usman Toşev planların davam etdiriləcəyini təsdiqləyib. O bildirib ki, Asiya Kubokunun ləğvi səbəbindən təqvimdə dəyişikliklərə getməli olublar, lakin yenə də Rusiyayla qarşılaşmaları davam etdirmək niyyətindədirlər.
Toşev əlavə edib ki, əsas komandalar arasında cavab matçı Rusiya ərazisində təşkil oluna bilər. Həmçinin federasiyalar 20 yaşadək qadınların yığmaları arasında görüşün keçirilməsini də müzakirə edirlər.
Qeyd edək ki, əvvəlcə Rusiya millisi 12 noyabr 2024-cü il tarixində Daşkənddə keçirilən yoldaşlıq görüşündə Özbəkistanı 3:2 hesabı ilə məğlub etmişdi; rusiyalı futbolçular ikinci hissədə on dəqiqə ərzində üç qol vurmuşdular.