Astara rayonunun Vaqo kəndində gecə saatlarında Pensərçay axını boyunca torpaq sürüşməsi baş verib. Hadisə əsasında 1988-ci illərdə inşa edilmiş bus bəndlərə təsir göstərib; yağışların davam etməsi nəticəsində su sərfi artıb və bəndlərin dib hissəsi suyun çəkilməsi ilə aşınaraq yuyulub. Nəticədə 16 ədəd torpaq qatının ümumilikdə 20 metr uzunluqda çaya tökülməsi müşahidə olunub. Bu vəziyyət bəzi məhəllə yolunun kənar hissəsinin uculmasına səbəb olub.

Hazırda məsələ ilə bağlı Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri və texnikaları lokalizasiya və qiymətləndirmə işlərini davam etdirirlər. Bus bəndlərin cari təmiri və bərpa işlərinə başlanılması planlaşdırılır. Hadisə ilə bağlı Azərbaycan Dövlət Su Agentliyi, Regional Su və Meliorasiya Xidməti QSC və Layihə İnstitutuna məlumat verilib.