Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov oktyabrın 30-da rayonun bütün kəndlərini təmsil edən ağsaqqallarla görüş keçirdi. Görüş zamanı kəndlər üzrə mövcud sosial-iqtisadi vəziyyət, əhalini narahat edən məsələlər, aparılan abadlıq-quruculuq işləri ilə qarşıda duran vəzifələr haqqında fikirlər səsləndirildi.

R üstəm Xəlilov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritetlərindən birinin vətəndaşların sosial rifahını yüksəltmək və həyat şəraitini yaxşılaşdırmaq olduğunu vurğuladı. O, regionların inkişafı istiqamətində atılan addımlar, kənd və qəsəbələrin infrastrukturunun yaxşılaşdırılması işləri barədə geniş məlumat verdi.

Başçı qeyd etdi ki, yerlərdə vətəndaşlarla davamlı görüşlərin keçirilməsi, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi əsas vəzifələrdən biridir. Bu baxımdan, ağsaqqallarla keçirilən görüşlər onların həyat təcrübəsi, fikir və mülahizələrinin dinlənilməsi üçün önəmli olub, ictimai fəallığın dəstəklənməsi mühim əhəmiyyət daşıyır.

Rəhbərlik edən başçı ağsaqqalların zəngin həyat təcrübəsinin, müdrik məsləhətlərinin və ictimai fəallığının rayonun inkişafı baxımından əhəmiyyətini qeyd etdi və onların təşəbbüslərinin yüksək qiymətləndirildiyini bildirdi.

Görüş səmimi şəraitdə keçdi və ağsaqqallar Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bildirərək, ölkədə sabitliyin, davamlı inkişafın və xalq-iqtidar birliyinin vacibliyini vurğuladılar. Həmçinin, yaşadıqları kəndlərdə mövcud problemləri və təkliflərini diqqətə çatdırdılar.