Uşaq bağçasında azyaşlı bir uşağa qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işinin icraatına başlanıldığı bildirilib. “Yeni Sabah” informasiyasına görə, bu məsələ ilə bağlı Azərbaycan Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) məlumat yayıb.
Hadisə paytaxt ərazisində fəaliyyət göstərən müəssisə olan özəl uşaq bağçalarından birində baş verib və zərərçəkən uşağın bağçanın direktoru tərəfindən zorakılığa məruz qaldığı qeyd olunub.
AQUPDK-dan verilən açıqlamada hüquq-mühafizə orqanlarına dərhal müraciət edildiyi və faktla bağlı cinayət işinin başlanıldığı bildirilib. Hazırda hadisənin bütün hallarının araşdırılması və hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.
Məlumata görə, zərərçəkən azyaşlı Badamdar qəsəbəsində yerləşən “EOS Junior” adlı uşaq bağçasına aid olub.