Qalatasarayın heyətinə qatdığı rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun gələcək transferi ilə bağlı diqqətçəkən məqam üzə çıxıb. Konkret.az-a istinadla xəbər verən məlumatda bildirilib ki, 21 yaşlı futbolçunun müqaviləsindəki sərbəstqalma bəndi 55 milyon avro olaraq göstərilib. Agent Vladimir Kuzmiçev bu rəqəmi açıqlayaraq hazırkı vaxtda Avropanın aparıcı klublarının Batrakov üçün konkret təklif və ya maraq səviyyəsinə dair rəsmi qeyd olmadığını deyib. O, klubların hələki onun Türkiyə çempionatındakı performansını izləmək və yeni mühitə uyğunlaşmasını qiymətləndirmək üçün zaman lazım olduğunu vurğulayıb.
Kuzmiçev əlavə edib ki, bir neçə görüşdən sonra da futbolçunun potensialı ilə bağlı yekun fikir formalaşdırmaq üçün hələ kifayət qədər data yoxdur. Qeyd edək ki, əvvəlki mövsümdə “Qalatasaray” Aleksey Batrakovı Moskva “Lokomotiv”indən 25 milyon avroya transfer edib. İki tərəf arasında 2031-ci ilin yayına qədər davam edən müqavilə imzalanıb. Razılaşmaya görə, oyunçunun növbəti satışından əldə ediləcək məbləğin 15 faizi “Lokomotiv”ə verilir.