Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, İtaliya A Seriyasının nəhəng klubunda növbəti transfer hədəfi müəyyənləşdirilib. Turin təmsilçisi yanvar pəncərəsində İsveçli hücumçu Viktor Dyokereşi komandasına qatmağı planlaşdırır. 28 yaşlı qolçu əsas heyətdə şans qazanmaq üçün daha çox oyun təcrübəsi toplamaq istədiyini bildirir və bu keçidə müsbət yanaşır.
İtalyanların hücumçunu ilkin olaraq satın alma bəndi ilə icarəyə götürmək variantını nəzərdən keçirdiyi, Arsenal klubunun isə birbaşa satış şərtlərini dəyərləndirdiyi iddia olunur. Danışıqların yaxın həftələrdə daha da intensivləşməsi gözlənilir.