Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşıma xidməti noyabrın 20-dən etibarən yenidən fəaliyyətə başlayacaq.
Azərbaycan Dəmir Yolları (ADY) bu barədə məlumat yayıb. Bildirilib ki, Bakından Balakənə qatar noyabrın 20-də, əks istiqamətdə isə noyabrın 21-də hərəkət edəcək.
Qeyd edək ki, sel hadisəsi nəticəsində Qax-Zaqatala dəmir yolu xəttinə ziyan dəyən səbəbindən bu marşrut üzrə sərnişindaşıma müvəqqəti dayandırılmışdı.
Təmir işləri artıq yekunlaşıb və müəyyən edilmiş tarixlərdən etibarən qatarların hərəkəti bərpa olunacaq.