Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında rayonun Qoruqbağı kəndi ərazisində baş tutub. Qeyd olunub ki, Zərdab rayon sakini, 1951-ci il təvəllüdlü Cavanşir Məmmədovun idarə etdiyi Opel Astra markalı avtomobil Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü İsa Bəxtiyarovun idarə etdiyi Kia Forte ilə toqquşub. Hadisə nəticəsində hər iki sürücü və Kia Forte-nun sərnişinləri, 1963-cü il təvəllüdlü Vidadi Bəxtiyarov və 2011-ci il təvəllüdlü Tural Bəxtiyarov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma davam edir.