Belçika, Lüksemburq, Niderland və İsveç 2026-cı il oktyabrın 1-dən etibarən Rusiya vətəndaşlarına verilən beşillik xarici pasportların, yəni qeyri-biometrik sənədlərin tanınmasını dayandıracaq.
Avropa Komissiyası bu qərarın qəbul edildiyini açıqlayıb. Qərər rəsmən qüvvəyə mindikdə həmin sənədlərə malik şəxslərin bu ölkələrə girişinə və onlarla bağlı viza prosedurlarına təsir göstərə bilər.
Qərarın necə tətbiq olunacağı, alternativ sənədləşmə tələbləri və viza rejiminin konkret detalları müvafiq ölkələrin aidiyyəti orqanları tərəfindən müəyyən ediləcək.