İraq Kürdüstan Regional Rəhbərliyinin Baş Naziri Məsrur Bərzaninin Ərbildəki şəxsi ofisi və təhlükəsizlik agentliyinin rəhbərinin yaşayış yeri pilotsuz uçan aparatlarla hədəf alınıb.

İKBY Terrorla Mübarizə İdarəsi bildirir ki, səhər saatlarında İran tərəfindən partlayıcı daşınan 2 ədəd "Hədid-110" tipli kamikadze PUA istifadə olunub. Zərbələr Ərbilin Pirmam rayonunda yerləşən obyektlərə endirilib.

Hadisə nəticəsində ölən və ya yaralanan olmadığı qeyd edilib. İdarə hücumu kəskin tənqid edərək əməliyyatı həyata keçirən tərəflərin yaranacaq nəticələrə görə tam məsuliyyət daşıyacağını vurğulayıb.