Qafqaz News Patrulaz.az-a istinadən xəbər verir ki, Daş Salnamə Muzeyində rəssam və heykəltəraş Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş” adlı layihəsi ilə Elvin Nəbizadənin “Məsuliyyət radiusu” adlı işləri təqdim olunub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak edib.

“Qədim daş, müasir yaddaş” layihəsi Qobustanın qədim qayaüstü təsvirlərindən ilhamlanaraq ərsəyə gəlib. Heykəltəraşlıq nümunələrində Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı kimi motivlər yer alıb. Digər tərəfdən “Məsuliyyət radiusu” adlı layihədə insanın vəhşi təbiətə münasibəti interaktiv formada təqdim olunur.