Qafqaz News Yeniavaz.com-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə çıxarkən Azərbaycan hava məkanından keçərkən laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. O, Prezident İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə təbrik mesajı çatdırıb. Təbrikdə bildirilib: “Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir daha bildirmək istəyirəm. Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram”.”
Ərdoğan Zəfər Günündə Azərbaycan xalqını təbrik etdi, münasibətlərin möhkəmlənməsini vurğuladı
Türkiyə Prezidenti Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycan xalqını və liderlərini təbrik edib, ölkələr arasındakı müttəfiqlik və əməkdaşlığın gələcəkdə də güclənəcəyinə ümidlər bildirib.
Mənbə: Yeni Avaz
(2 Noyabr 2026)