Qafqaz News Yeniavaz.com-a istinadən xəbər verir ki, Fənərbağça futbol klubu baş məşqçi axtarışını davam etdirir. Münəsib və müvafiq olaraq portuqaliyalı Serxio Konseysao ilə razılığa gəldiyi və 51 yaşlı mütəxəssisi İstanbula dəvət etdiyi bildirilib. Qeyd olunur ki, sabiq baş məşqçi Jezuş da həmyerlisi barədə müsbət rəyi paylaşıb. Xatırladaq ki, klubda bir müddət əvvəl İsmail Kartal ardıcıl uğursuzluqlardan sonra baş məşqçi postundan getmişdi.