Azərbaycan və Gürcüstan arasında hökumətlərarası əməkdaşlıq çərçivəsində tərəf məktəb təhsili sahəsində yeni təşəbbüs həyata keçirib.

Razılaşmaya əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ilə Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində fəaliyyət göstərən LEPL – Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzi (TPDC) birgə layihə üzərində işləyib.

Hazırlanan proqram Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimlərinin peşəkar bacarıqlarının gücləndirilməsinə yönəlib və təlim modulları birgə tərtib olunub.

Təlimdə və əlaqədar kurslarda iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif müəllimləri 17–24 avqust tarixləri arasında qeydiyyatdan keçə bilərlər: https://tinyurl.com/5ysptat3