Qafqaz News Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanda gənc idmançı atlet Həvva Yambulatova qəfil vəfat edib.
Bu barədə Shusha Climbers klubu məlumat yayıb. Klubun üzvü olan yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib.
Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiyi açıqlanmayıb.
Qeyd edək ki, idmançının 2026-cı ilin sentyabrında yeniyetmələr və gənclər arasında keçirilən boulderinq üzrə ölkə birinciliyində qızıl medal qazanaraq Azərbaycan çempionu olması xəbərləri də mövcuddur.
Onun meyitinin yaşadığı evdə tapıldığı bildirilib.