Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə müşavir kimi 1979-cu il təvəllüdlü Rəşid Vəzirov təyin olunub.

Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunu və tibb üzrə fəlsəfə doktorudur. ADA Universitetində (Azərbaycan Diplomatik Akademiyası) və Yaponiyanın Fukuoka şəhərində xəstəxana idarəçiliyi üzrə təhsil və ixtisasartırma proqramlarında iştirak edib.

O, Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb və 2018-ci ilin noyabr ayından Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərir.

Müşavir vəzifəsi ilə əlaqədar o, uzun illər səhiyyə idarəçiliyi, beynəlxalq layihələrin əlaqələndirilməsi və iri həcmli tibbi təminat tədbirlərinin təşkili sahəsində çalışıb. "Formula 1" yarışlarında tibbi təminat üzrə baş həkim kimi, 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının Təşkilat Komitəsində tibbi və antidopinq məsələləri üzrə rəhbər müavini kimi də fəaliyyət göstərib. 2017-ci il İslam Həmrəyliyi Oyunları, COP29 və MDB Oyunları çərçivəsində tibbi məsələlər üzrə müşavir kimi çıxış edib.

Əmək fəaliyyətinin müxtəlif dövrlərində Beynəlxalq Qızıl Xaç Komitəsində və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondda da çalışıb.