Sumqayıt Bulvarında velosiped və skuterlərin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək üçün mikromobillik zolaqları sənədləşdirilib. Bu addım Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumatına əsasən həyata keçirilib. Məlumata görə, yeni zolaqlar mikromobil vasitələrinin hərəkətini tənzimləməklə daha təhlükəsiz mühit formalaşdırmağa yönəldilib. Qeyd olunur ki, əvvəlcə bulvarda velosipedlər üçün parklanma məntəqələri yaradılıb və kirayə velosipedlər istifadəyə verilib. Bu, mikromobil vasitələrindən istifadəyə əlçatanlığı artırıb. Hazırkı mərhələdə Sumqayıt şəhərinin digər ərazilərində də mikromobil zolaqlarının qurulması və şəbəkənin genişləndirilməsi planlaşdırılır.