Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub.
Psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Bağırova bildirib ki, Çimnaz Sultanovanın plastik-estetik əməliyyatlara meyli olub və onun fikrincə, aktrisa bu prosedurların qurbanına çevrilib.
“Onun estetik-plastik əməliyyatlardan asılılığı var idi. Bu prosedurların qurbanına çevrildi. Eşitdiyimə görə, belə müdaxilələri sıx-sıx etdirməyə başlamışdı. Dərisində xərçəng xəstəliyi yaranmışdı”, – deyə psixoloq bildirib.
Bu açıqlama sosial şəbəkələrdə müzakirələrə yol açıb.