QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın mənzilində zorakılıq əlamətləri ilə qadın meyiti aşkar olunub. Cinayət işi üzrə ilkin istintaq Baş Prokurorluğun İstintaq idarəsində aparılıb. İstintaqla müəyyən edilib ki, 1989-cu il təvəllüdlü Xəyal Məmmədov üzərinə daşıdığı qatlanan cib bıçağı ilə qadına çoxsaylı xəsarətlər yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürüb. Hadisə yerindən təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını mənimsəyərək qaçıb. Qətl törətməkdə şübhəli bilinən Xəyal Məmmədov 22 sentyabr 2026-cı il tarixində təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürmə, quldurluqla əlaqədar adam öldürmə və quldurluq maddələri ilə yenidən ittiham edilib. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İttiham aktı təsdiqlənərək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.