Qlobal temperatur artımının 1,5 dərəcəyi müvəqqəti keçməsi buzlaqların və qütb buz örtüklərinin geri dönməz şəkildə əriməsinə gətirib çıxara bilər. BMT-nin dəstəklədiyi hesabat 80 alimin araşdırmaları əsasında hazırlanıb. Sənəddə qeyd olunur ki, Yer kürəsi sənayeləşmədən əvvəlki dövrlə müqayisədə artıq 1,3 dərəcə istiçalıb.
Alimlər bildirir ki, temperatur 3 dərəcəyə çatarsa, daimi donmuş ərazilərin böyük hissəsi əriyəcək və okean axınlarında ciddi dəyişikliklər baş verə bilər. Qrenlandiya və Antarktida buz örtüklərinin əriməsi isə dəniz səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olacaq.
Hesabatda vurğulanır ki, temperatur sonradan yenidən 1,5 dərəcəyə düşsə də, buzlaqlarda yaranan zərərin çoxu geri qayıtmayacaq. Buna görə də alimlər istixana qazı emissiyalarının təcili azaldılmasına çağırıblar.