QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Zəfər Günü ərəfəsində “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsinin nəticələri açıqlanıb. Layihəni Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi” birgə təşkil edib.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində təşkil olunan müsabiqəyə 14-17 yaşlı gənclər qatılıb. Onlardan qrafik hekayəçilik vasitəsilə müasir dövrün yeni qəhrəman obrazını yaratmaq tələb olunub.
Münsiflər heyəti təqdim edilən 31 işi dəyərləndirib və üç qalibi seçib. Birinci yer Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kollecinin 16 yaşlı tələbəsi Zəhra Məmmədovaya verilib.
Bakı məktəbliləri arasında 14 yaşlı Xədicə Şirin Derdiyok ikinci, Amir Hüseynli isə üçüncü yeri tutub.