QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, üç gün əvvəl Oğuz rayonunda meşəlik ərazidə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb. Bildirilir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Hadisənin təfərrüatı hələlik məlum deyil. Qafqazinfo-nun əldə etdiyi məlumata görə, bu, A.Rəsulovun ailəsində baş vermiş ilk belə hadisə deyil; onun atası və əmisi oğlu da oxşar şəkildə vəfat edib. Qeyd edək ki, 1965-ci il təvəllüdlü A.Rəsulovun yanmış meyiti oktyabrın 31-i səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb. Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.