QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan ilk dəfə Knesset seçkilərindən sonra üz-üzə gələcək. İsrail mətbuatı verdiyi məlumata görə, görüş zamanı Knessetə nəzarətin ələ alınması, xüsusilə Amir Ohananı (Likud Partiyası) spiker vəzifəsindən uzaqlaşdırılması, Təşkilat Komitəsinin yaradılması və Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya tərəfindən qəbul edilmiş bir sıra mübahisəli qanunların ləğvi kimi məsələlərin müzakirə ediləcəyi bildirilir. Görüşün bu gün günorta saatlarında Təl-Əvivdəki “Dan Akkadiya” otelində keçiriləcəyi qeyd olunub. Müxalifət qrupunun yaratdığı bu koalisiya ilə bağlı kənar tərəflərin fikrincə, ötən oktyabr ayında keçirilən seçkilərdə Netanyahunun blokunun 53 yer, Ayzenkort blokunun 48 yer qazandığı və ərəb partiyalarının 19 yer aldığıni dəm olunur.