QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Ermənistanın paytaxtı İrəvanda maraqlı və kəskin etiraz aksiya baş tutub. Bir qrup yerli sakin şəhər küçələrində qərb mədəniyyətinin atributlarından olan Halloween bayramına qarşı sərt şəkildə etiraz nümayiş etdirib.

Aksiya iştirakçıları əllərində “Biz xristianıq, Halloween-ə yox deyin” yazılmış plakatlar tutaraq yürüş keçiriblər. Diqqətçəkən məqamlardan biri də plakatların üzərində qırmızı xətt çəkilmiş balqabaq təsvirlərinin yer alması olub. Etirazçılar bu addımla milli və dini dəyərlərin qorunmalı olduğunu, xarici bayramların isə cəmiyyətə yad olduğunu bildiriblər.

Aksiya İrəvan sakinlərinin və sosial şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb olub. Məsələ ilə bağlı yerli struktur və qurumların hər hansı rəsmi açıqlaması hələlik verilməyib.