QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərən “BAFCO İnvest” MMC xüsusi təyinatlı təhlükəsizlik ayaqqabıları və poliuretan çəkmələrin istehsalını davam etdirir. Sənaye parkının 2,5 hektar ərazisini əhatə edən müəssisədə hazırlanan məhsullar yalnız yerli tələbatı ödəməklə kifayətlənmir, həm də xarici ölkələrə ixrac olunur. Şirkət öz ixrac coğrafiyasını genişləndirərək Avropa və Şimali Amerika bazarlarına çıxış əldə etməyi və yeni tərəfdaşlıqlar qurmağı məqsəd kimi qarşıya qoyub.
Ağdam Sənaye Parkında istehsal olunan çəkmələr xaricə ixrac olunur
Ağdam Sənaye Parkında fəaliyyət göstərən BAFCO İnvest MMC xüsusi təyinatlı təhlükəsizlik ayaqqabıları və poliuretan çəkmələr xarici bazarlara da yola salınır.
Mənbə: Yeni Sabah
(3 Noyabr 2026)