QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi ilə Ukrayna polisinin birgə əməliyyatı çərçivəsində Azərbaycan vətəndaşlarının bank kartlarından pul oğurlayan mütəşəkkil şəbəkənin Kievdə müxtəlif ünvanlarda fəaliyyət göstərən call center-ləri aşkarlanıb və kibercinayətkarlar ifşa olunub.
Şəbəkə üzvləri özlərini hüquq-mühafizə orqanlarının, bank və maliyyə təşkilatlarının nümayəndələri kimi təqdim edərək vətəndaşların etibarından sui-istifadə edib, onların vəsaitlərini ələ keçirməyi məqsəd qoyublar. Bununla əlaqəli əməliyyatlar nəticəsində cinayət qrupunun üzvləri saxlanılıb və Azərbaycan tərəfinə gətirilib.
İlkin məlumatlara görə, əməliyyatlar davam etdirilir və istintaq davam edir.