İranın Pouya Airlines aviaşirkəti iki il ara verdikdən sonra Təbriz ilə İrəvan arasındakı hava əlaqəsini yenidən bərpa edir.
Şirkətin planına görə, marşrut üzrə ilk reys avqustun 20-də həyata keçiriləcək.
Uçuşlar həftə ərzində iki dəfə — bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.
Bərpa edilən marşrut regional hava nəqliyyatında əlaqəni gücləndirməyi məqsəd götürür.