QafqazNews TRT Haber-a istinadən xəbər verir ki, İranın Xarici İşlər naziri Abbas Arakçi ABŞ Prezidenti Donald Trampın ABŞ xalqının böyük hissəsinin İsraildən narazı olduğunu açıq şəkildə gördüyünü bildirib.

Arakçi bu sözləri Trampın CBS televiziyasının "60 Minutes" proqramında Ross Douthatın suallarını cavablandırarkən söylədiklərini əks etdirən video barədə X sosial şəbəkəsində paylaşdığı şərhdə deyib. O, Trampın müsahibədə "(Xalq) müharibəni sevən deyil. Benzin qiymətlərinin qalxmasından xoşlanmadılar, çünki mən onu kifayət qədər aşağı salmışdım. İnanılmaz şəkildə, İsrailə qarşı böyük narazılıq və reaksiya var" sözlərini vurğulayıb.

Arakçi qeyd edib ki, ABŞ Prezidenti amerikalıların böyük əksəriyyətinin İsraildən iyrəndiyini açıq şəkildə görür, lakin bunun səbəbləri barədə Trampın çaşqın göründüyünü vurğulayıb.

İran XİN rəhbəri əlavə edib: "Amerikalılar, İsrailin ABŞ idarələrini aldadaraq onları bitməyən müharibələrə sürükləməsindən açıq-aydın bezib. Artıq canlarına darıxdırıb. Bizim bölgəmizdə də vəziyyət belədir."