QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İtaliya A Seriyasının 11-ci turunda “İnter” öz meydanında “Komo” üzərində 2:0 hesablı qələbə qazanıb.

San-Siro stadionunda baş tutan qarşılaşmada ev sahibləri ilk qolu 12-ci dəqiqədə vurublar. Hücumçu Françesko Espozito hesabı açıb, 19-cu dəqiqədə isə Markus Türam “İnter”in üstünlüyünü iki topa çatdırıb.

Qələbədən sonra “İnter”in xalları 28-ə yüksəlib və komanda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Komo” 23 xalla beşinci yerdədir.