QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi ölkənin bütün ştat və rayonlarının maoçu silahlılardan təmizləndiyini bildirib. Onun sözlərinə görə, bu, Hindistan tarixində ilk belə haldır.

Modi bu açıqlamanı hindu bayramı Divali münasibətilə etdiyi çıxışda verib. Baş nazir 2026-cı ildə qeyd olunan bayramın ölkənin maoçu terrorizmlə onilliklər sürən mübarizədə qələbəsindən sonra keçirilən ilk Divali olduğunu deyib. O, həmçinin bu dəfə ölkənin bütün rayonlarının silahlılardan azad vəziyyətdə olduğunu vurğulayıb.

Maoçu silahlı qruplaşmalar 1967-ci ildən Mərkəzi və Şərqi Hindistanın bir sıra ştatlarında fəaliyyət göstəriblər. Onlar əsasən meşəlik ərazilərdə gizlənərək yaşayış məntəqələrinə hücumlar, təxribatlar və terror aktları törədiblər.