QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Baku TV-nin “Yekunlaşdıraq” verilişinin yeni buraxılışı yayımlanıb. Buraxılışda Zəfər Günündən altı il sonra Azərbaycanın tarixi Qələbəsi və Böyük Qayıdışın hansı mərhələdə olduğu müzakirə edilib.

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin, yeni yaşayış məntəqələrinin salınmasının və iqtisadi layihələrin ölkənin inkişafına təsiri də diqqət mərkəzində olub.

Verilişdə ABŞ-də aralıq seçkidə respublikaçıların məğlubiyyətinin səbəbləri, nəticələrin Donald Trampın siyasi gələcəyinə mümkün təsiri barədə danışılıb. Həmçinin müzakirə edilib, nə dərəcədə realdır İran ətrafında hərbi gərginliyin yenidən artması və ABŞ-dəki siyasi dəyişikliklər regiondakı proseslərə necə təsir göstərə bilər.