QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanla münasibətlərdə yaranan dəyişikliklərin yeni yanaşma və tarazlıq tələb etdiyini deyib. Onun sözlərinə görə, Moskva bu dəyişiklikləri anlayır.

Kopırkin “Ermənistan İctimai Radiosu”na müsahibəsində qeyd edib ki, son dövrdə ikitərəfli əlaqələrin müxtəlif sahələri ilə bağlı çoxsaylı hadisələr və bəyanatlar səslənib. O bildirib ki, Ermənistan təhlükəsizlik arxitekturasına yenidən baxdığını rəsmən açıqlayıb, KTMT-də iştirakını dondurub və xarici iqtisadi əlaqələrin şaxələndirilməsinə yönəlib. 2025-ci ildə isə Avropa İttifaqına qoşulma prosesinin başlanmasına dair qanun qəbul edilib.

Səfir vurğulayıb ki, Ermənistanın strateji istiqamətlərinin yenidən qurulması prosesi davam edir və bunun fonunda yeni tarazlıqların müəyyənləşdirilməsi zərurəti yaranır.

Onun fikrincə, dialoqun konstruktiv aparılması, eləcə də iki tərəfin uzun müddət xalqları birləşdirən münasibətləri qorumaq üçün siyasi iradəsini saxlaması vacibdir. Kopırkin əlavə edib ki, ortaq mövqeyə hörmət və qarşılıqlı maraqların nəzərə alınması əsasında nail olmaq mümkündür.