Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, Horadiz və Göytəpə sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanıb və zərərsizləşdirilib. Hadisə baş verən ərazilərdə aparılan baxışlar zamanı Horadiz sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.