Keçmiş İran səfiri Möhsün Pakayin AzTV-nin 'düşmən media' siyahısına salınmasının səhv olduğunu bildirib.
Pakayin iki ölkə arasındakı münasibətlərin perspektivini müsbət qiymətləndirərək, əlaqələrin əvvəlki illərlə müqayisədə daha yaxşı olduğunu qeyd edib.
O, rəsmi dövlət telekanalı olan AzTV-nin 'düşmən və terrorçu kanallar' siyahısına daxil edilməsinin düzgün addım olmadığını söyləyib və belə ifadə edib: "Mən elə düşünmürəm ki, AzTV-ni düşmən və terrorçu kanallar siyahısına salmalıyıq. Məsələn, bu telekanalı 'Iran International' kimi kanallarla eyni siyahıya yerləşdirməməliyik. Fikrimcə, bu, bir növ səhvdir."