Qafqaz News Konkret.az-a istinadən xəbər verir ki, kredit götürüb ölkədən çıxıb dönməmək niyyəti bəzilərində riskli plan kimi dəyərləndirilir. Lakin tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun sözlərinə görə, krediti qəsdən ödəməmək niyyəti olan şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər. O qeyd edib ki, son dövrlərdə bankla bağlı cinayətlərə maraq artıb və bu yolda məqsəd ilkin olaraq borcu qaçırmaq olsa, artıq cinayət məsuliyyəti gündəmdədir.

“Şəxsin başqa ölkədə olması onun barəsində cinayət işinin başlanmasına mane olmur. Sırf mülki öhdəliklə bağlı işlərdə isə məhkəmə həmin şəxsə qətnamə verə bilər. Qətnamənin icrasında qərəzli hərəkət cinayət məsuliyyətinə səbəb olur”, - deyə Vəkilov vurğulayıb.

O əlavə edib ki, borcdan qaçmaq məqsədiylə ölkədən çıxan şəxslər xaricdə də hüquqi problemlərlə üzləşirlər.